Главная > İdman > Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununa çıxacaq
Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununa çıxacaq1-06-2025, 12:10. Разместил: azadses |
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında bu gün ikinci oyununa çıxacaq. "Report"un məlumatına görə, komanda Sloveniya yığması ilə üz-üzə gələcək. Qarşılaşma saat 18:00-da start götürəcək. Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv ilk turun görüşlərini Bakıda keçirir. Yığma birinci oyununda Macarıstana uduzub - 0:3. Sloveniya isə öz növbəsində Macarıstan komandasına eyni hesabla qalib gəlib. Вернуться назад |