Главная > İdman > “Athletic” İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünün ən yaxşı futbolçusunu açıqlayıb
“Athletic” İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünün ən yaxşı futbolçusunu açıqlayıbDünən, 13:05. Разместил: azadses |
“New York Times”a məxsus “Athletic” nəşri “Liverpul”un misirli hücumçusu Məhəmməd Salahı İngiltərə Premyer Liqasının 2024/2025 mövsümünün ən yaxşı futbolçusu elan edib. “Report” xəbər verir ki, nəşr bu barədə sosial şəbəkədə paylaşım edib. “Premyer Liqa 2024/2025 mövsümünün oyunçusu - Məhəmməd Salah (“Liverpul”). Misirli futbolçu bu mövsüm Premyer Liqada keçirdiyi 37 oyunda 28 qol vurub və 18 məhsuldar ötürmə edib”, – nəşr qeyd edib. Xatırladaq ki, daha əvvəl Məhəmməd Salah İngiltərə Premyer Liqasında 300-cü matçına çıxmışdı. Вернуться назад |