Главная > İdman > Azərbaycan ilk dəfə dünya çempionatında 4 kateqoriyada 6 badmintonçu ilə təmsil olunacaq
Azərbaycan ilk dəfə dünya çempionatında 4 kateqoriyada 6 badmintonçu ilə təmsil olunacaqDünən, 18:10. Разместил: azadses |
Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatında 4 kateqoriyada 6 idmançı ilə təmsil olunacaq. Bu barədə "Report"a Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib. 25-31 avqust aralığında Fransanın paytaxtı Parisdə keçiriləcək yarışda 4 kateqoriya üzrə 6 badmintonçu reytinq sıralamasına əsasan iştirak hüququ qazanıb. Kişilərin şəxsi yarışında Edi Reski Dviçayo və Diki Pangestu, qadınlardan Keişa Fatimə Zəhra, kişilərin qoşa kateqoriyasında Aqil Qəbilov-Diki Pangestu cütü və qarışıq qoşa kateqoriyasında Cahid Əlhəsənov - Həcər Nuriyeva tandemi ölkəmizi mundialda təmsil edəcəklər. Qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının 2025-2028-ci illəri əhatə edəcək strategiyasının əsas hədəflərindən biri qarşıdakı illərdə badmintonçuların Avropa və dünya çempionatlarında mütəmadi olaraq bütün kateqoriyalar üzrə iştirakını təmin etməkdir. Вернуться назад |