Главная > İdman > Azərbaycan millisinin üzvü Polşa klubundan ayrılıb

Azərbaycan millisinin üzvü Polşa klubundan ayrılıb


Bu gün, 11:14. Разместил: azadses
Azərbaycan millisinin futbolçusu Rahil Məmmədov Polşanın “Radomyak” klubundan ayrılıb.

"Report" xəbər verir ki, bu barədə yerli jurnalist Rafal Yonczuk sosial şəbəkə hesabında yazıb.

O, 29 yaşlı müdafiəçinin artıq Radom şəhərini tərk etdiyini bildirib.

“Radomyak” yaxın zamanda Məmmədovla vidalaşdığını açıqlayacaq.

Qeyd edək ki, azərbaycanlı oyunçunun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədə idi. Bu komandada Azərbaycan yığmasının digər üzvü Renat Dadaşov da çıxış edir.


Вернуться назад