Главная > İdman > Misli Premyer Liqasında son 11 mövsümün rekordu qeydə alınıb
Misli Premyer Liqasında son 11 mövsümün rekordu qeydə alınıbBu gün, 10:30. Разместил: azadses |
Misli Premyer Liqasında son 11 mövsümün rekordu qeydə alınıb. "Report" xəbər verir ki, bu, cari mövsüm ərzində heç-heçələrin sayının 49-a çatması sayəsində mümkün olub. Bərabərlik sayında 47 sülhün yaşandığı 2015/16 mövsümündəki göstərici üstələnib. Daha çox heç-heçəyə sonuncu dəfə 2013/14 mövsümündə təsadüf olunub. Həmin vaxt 50 görüşdə qalib müəyyənləşməyib. Qeyd edək kİ, ötən gün başa çatan XXXIII turda üç bərabərlik olub. “Şamaxı” – “Səbail” və “Araz-Naxçıvan” – “Sabah” oyunları 1:1, “Neftçi” – “Kəpəz” görüşü 2:2 hesabı ilə başa çatıb. Вернуться назад |