Главная > İdman > Almaniya millisinin sabiq futbolçusu "Borussiya"ya qayıdır

Almaniya millisinin sabiq futbolçusu "Borussiya"ya qayıdır


Bu gün, 08:54. Разместил: azadses
Almaniya millisinin sabiq futbolçusu Mats Hummels "Borussiya" (Dortmund) klubuna qayıdacaq.

"Report" "Bild"ə istinadən xəbər verir ki, 36 yaşlı müdafiəçi klublararası dünya çempionatında oynamaq üçün Dortmund təmsilçisi ilə qısamüddətli müqavilə imzalayacaq.

Daha sonra klub strukturunda ona vəzifə veriləcək.

Qeyd edək ki, Mats Hummels hazırda İtaliyanın "Roma" komandasında çıxış edir. O, mövsümün sonunda karyerasını başa vuracağını açıqlamışdı. Təcrübəli oyunçu 2008/2009 mövsümündə, 2009-2016 və 2019-2024-cü illər aralığında "Borussiya"nın formasını geyinib.


Вернуться назад