Главная > İdman > "Real"ı məğlub edən "Arsenal" tarixi rekorda imza atıb
"Real"ı məğlub edən "Arsenal" tarixi rekorda imza atıb17-04-2025, 17:20. Разместил: azadses |
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında İspaniyanın "Real" klubunu məğlub edən (2:1) "Arsenal" (İngiltərə) tarixi rekorda imza atıb. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi "Santyaqo Bernabeu"da ardıcıl ikinci dəfə "Real"a qalib gələn ilk komanda olub. Londonlular 2006-cı ilin fevralında, Çempionlar Liqasının 1/8 finalında Madrid komandasını 1:0 hesabı ilə məğlub etmişdilər. Bu dəfə "Real"ı iki matçın (3:0, 2:1) nəticəsinə görə üstələyən "Arsenal" yarımfinalda PSJ ilə qarşılaşacaq. Digər yarımfinal cütünü "İnter"lə "Barselona" təşkil edib. Qeyd edək ki, "Arsenal" tarixi ərzində heç vaxt UEFA Çempionlar Liqasının qalibi olmayıb. “Topçular” həmçinin 2009-cu ildən bəri ilk dəfə turnirin yarımfinalında çıxış edəcək. Вернуться назад |