Главная > İdman > Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinalın ikinci oyunları keçiriləcək
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinalın ikinci oyunları keçiriləcək17-04-2025, 12:12. Разместил: azadses |
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinin ikinci oyunlarına start veriləcək. "Report" xəbər verir ki, "Azərreyl" bu gün "Milli Aviasiya Akademiyası" ilə üz-üzə gələcək. Bu komandaların ilk görüşündə "Azərreyl" 3:2 hesablı qələbə qazanmışdı. "Gəncə" isə "Abşeron"la münasibətlərə aydınlıq gətirəcək. Yarımfinalın ilk matçında "Abşeron" rəqibini üstələmişdi - 3:1. Qeyd edək ki, hər iki görüş Gənclər və idman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək. "Azərreyl" - "Milli Aviasiya Akademiyası" matçı saat 15:00-da, "Gəncə" - "Abeşron" görüşü isə 17:00-da başlayacaq. Вернуться назад |