Главная > İdman > Azərbaycanın həndbol millisi bu gün Paraqvayla qarşılaşacaq
Azərbaycanın həndbol millisi bu gün Paraqvayla qarşılaşacaq15-03-2025, 08:00. Разместил: azadses |
Azərbaycan millisi Bolqarıstanın Varna şəhərində təşkil olunan həndbolu inkişaf etməkdə olan ölkələrin çempionatında bu gün növbəti oyununa çıxacaq. "Report"un məlumatına görə, yığma 5-8-ci yerlər uğrunda qarşılaşmada Paraqvayla üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Qeyd edək ki, Azərbaycan millisi B qrupunu sonuncu sırada bitirib. Komanda Moldova (21:33), Nigeriya (17:29) və ABŞ (25:45) yığmalarına uduzub. Вернуться назад |