Главная > İdman > Premyer Liqa: "Sumqayıt" "Kəpəz"i, "Neftçi" "Turan Tovuz"u qəbul edəcək
Premyer Liqa: "Sumqayıt" "Kəpəz"i, "Neftçi" "Turan Tovuz"u qəbul edəcəkBu gün, 12:10. Разместил: azadses |
Futbol üzrə Misli Premyer Liqasında XXVI tura bu gün yekun vurulacaq. "Report"un məlumatına görə, günün ilk oyununda "Sumqayıt" "Kəpəz"i qəbul edəcək. Qarşılaşma saat 17:00-da, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda start götürəcək. 22 xalı olan komandalar müvaqif olaraq 8-9-cu pillələrdə qərarlaşıblar. Tura "Neftçi" - "Turan Tovuz" matçı ilə yekun vurulacaq. Bu görüş saat 19:30-da başlayacaq. Paytaxt təmsilçisi 27 xalla 7-ci, bölgə təmsilçisi 42 xalla 4-cü pillədə qərarlaşıb. Azərbaycan Premyer Liqası III dövrə, XXVI tur 17:00. “Sumqayıt” – “Kəpəz” Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev. VAR: Nicat İsmayıllı. AVAR: Teymur Teymurov. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Seymur Səlimli. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu 19:30. “Neftçi” – “Turan Tovuz” Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev. VAR: Rauf Cabarov. AVAR: Akif Əmirəli. Hakim-inspektor: Rəhim Həsənov. AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov. “Neftçi Arena” Qeyd edək ki, turun əvvəlki oyunlarında "Qarabağ" "Araz-Naxçıvan"ı (3:1), "Şamaxı" "Sabah"ı, "Zirə" "Səbail"i (hər ikisi 1:0) məğlub edib. Вернуться назад |