Главная > İdman > Premyer Liqa: "Şamaxı" "Sabah"ı, "Zirə" "Səbail"i qəbul edəcək
Premyer Liqa: "Şamaxı" "Sabah"ı, "Zirə" "Səbail"i qəbul edəcəkDünən, 17:19. Разместил: azadses |
Bu gün Misli Premyer Liqasının XXVI turunda daha iki oyun keçiriləcək. "Report"un məlumatına görə, ilk olaraq "Şamaxı" "Sabah"ı qəbul edəcək. Matç saat 15:00-da start götürəcək. Meydan sahibləri 24 xalla 7-ci, qonaqlar 34 xalla beşinci pillədə qərarlaşıb. Günün ikinci görüşündə isə "Zirə" "Səbail"i sınağa çəkəcək. Qarşılaşma saat 17:30-da başlayacaq. "Qartallar" 48 xalla ikinci, "dənizçilər" 18 xalla sonuncu - 10-cu sıradadır. Misli Premyer Liqası III dövrə, XXVI tur 9 mart 15:00. “Şamaxı” – “Sabah” Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov. VAR: Rauf Allahverdiyev. AVAR: Kamran Bayramov. Hakim-inspektor: İmanxan Sultani. Şamaxı şəhər stadionu 17:30. “Zirə” – “Səbail” Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Kamranbəy Rəhimov VAR: Rəşad Əhmədov AVAR: Pərvin Talıbov Hakim-inspektor: Ceyhun Haşımov Zirə İdman Kompleksinin stadionu. Qeyd edək ki, tura martın 10-da yekun vurulacaq. Ötən gün "Qarabağ" "Araz-Naxçıvan"ı 3:1 hesabı ilə məğlub edib. Вернуться назад |