Главная > İdman > Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ikinci oyunları baş tutacaq

Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ikinci oyunları baş tutacaq


Bu gün, 12:10. Разместил: azadses
Şahmat üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin ikinci oyunları bu gün keçiriləcək.

"Report"un məlumatına görə, kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov Misrətdin İskəndərovla, Teymur Rəcəbov Rauf Məmmədovla üz-üzə gələcək.

Ş.Məmmədyarov ilk qarşılaşmada qalib gəlib - 1:0. T.Rəcəbov isə heç-heçə edib - 0,5:0,5.

Qadınlarda Günay Məmmədzadə Gülnar Məmmədova ilə, Ülviyyə Fətəliyeva Gövhər Beydullayeva ilə görüşəcək. G.Məmmədova ötən gün qələbə qazanıb - 1:0. Digər dueldə qalib müəyyənləşməyib.

Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir.


Вернуться назад