Главная > İdman > Azərbaycan Basketbol Liqasında bu gün daha bir oyun keçiriləcək

Azərbaycan Basketbol Liqasında bu gün daha bir oyun keçiriləcək


Bu gün, 16:32. Разместил: azadses
Azərbaycan Basketbol Liqasında bu gün XIV turun daha bir oyunu keçiriləcək.

"Report"un məlumatına görə, A qrupunda son ölkə çempionu "Sabah" NTD ilə üz-üzə gələcək.

Görüş "Sərhədçi" İdman Mərkəzində, saat 19:00-da start götürəcək.

Qeyd edək ki, XIV turun daha əvvəl keçirilən matçlarında "Neftçi" "Sərhədçi"ni 82:67, "Naxçıvan" "Abşeron"u 76:70, "Quba" "Sumqayıt"ı 90:80 hesabı ilə məğlub edib. Tura fevralın 8-də keçiriləcək oyunlarla yekun vurulacaq.


Вернуться назад