Главная > İdman > Azərbaycan çempionatı: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun 1/4 finaldakı rəqibləri bəlli olub
Azərbaycan çempionatı: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun 1/4 finaldakı rəqibləri bəlli olubBu gün, 14:00. Разместил: azadses |
Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun şahmat üzrə Azərbaycan çempionatının 1/4 final mərhələsindəki rəqibləri bəlli olub. "Report"un məlumatına görə, bu, 1/8 finalda tay-brek görüşlərindən sonra bəlli olub. Ş.Məmmədyarov növbəti raundda Məhəmməd Muradlı, T.Rəcəbov isə Vüqar Əsədli ilə üz-üzə gələcək. Bundan əlavə, Misrətdin İskəndərov, Əhməd Əhmədzadə, Günay Məmmədzadə ilə Türkan Məmmədyarova da 1/4 finala vəsiqə qazanıblar. Azərbaycan çempionatı 1/4 final cütləri Kişilər Şəhriyar Məmmədyarov - Məhəmməd Muradlı Misrətdin İskəndərov - Aydın Süleymanlı Rauf Məmmədov - Əhməd Əhmədzadə Vüqar Əsədli - Teymur Rəcəbov Qadınlar Günay Məmmədzadə - Səbinə İbrahimova Gülnar Məmmədova - Xanım Balacayeva Ülviyyə Fətəliyeva - Zeynəb Məmmədyarova Türkan Məmmədyarova - Gövhər Beydullayeva Qeyd edək ki, kişilərin yarışında mükafat fondu 60 min, qadınlarda isə 30 min manat təşkil edir. Вернуться назад |