Главная > İdman > Azərbaycan Premyer Liqası: Tura Qəbələdə yekun vurulur

Azərbaycan Premyer Liqası: Tura Qəbələdə yekun vurulur


23-08-2020, 07:25. Разместил: azadses
Bu gün Azərbaycan Premyer Liqasında I tura yekun vurulacaq.
"Report"un məlumatına görə, son oyun günündə 1 qarşılaşma baş tutacaq.
"Zirə" yeni baş məşqçisi Rəşad Sadıqovun rəhbərliyi altında ilk rəsmi görüşünü "Qəbələ"yə qarşı keçirəcək.
İndiyədək çempionatda 19 dəfə qarşılaşan tərəflərin duellərində əyalət təmsilçisi daha çox - 7 dəfə qələbə qazanıb. 8 görüş heç-heçə bitibsə, 4 oyunda "qartallar" qalib gəliblər. Topların fərqi də "qırmızı-qaralar"ın xeyirinədir - 24:16.
Son 6 görüşdə uduzmayan “Qəbələ” 5 matçdır meydanı qolsuz tərk etmir. “Zirə” isə səfərdə 7 oyundur qalib gəlmir.
Azərbaycan Premyer Liqası
I tur
23 avqust (bazar)
19:00. "Qəbələ" – "Zirə"

Hakimlər: Kamal Umudlu, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə avqustun 21-də start verilib. Açılış turunda "Keşlə" səfərdə "Sumqayıt"ı 1:0, "Neftçi" isə evdə "Səbail"i 2:1 hesabı ilə məğlub edib. Avqustun 22-də keçirilmiş "Qarabağ" - "Sabah" matçında isə son çempion inamlı qələbə qazanıb - 2:0.

Вернуться назад