Главная > İdman > “Liverpul”un yeni transferi İtaliyaya qayıda bilər

“Liverpul”un yeni transferi İtaliyaya qayıda bilər


Dünən, 15:30. Разместил: azadses
İngiltərənin “Liverpul” futbol klubunun ötən transfer pəncərəsində İtaliyanın “Yuventus”undan satın aldığı Federiko Kyeza müvəqqəti olaraq vətəninə qayıda bilər.

“Report” xəbər verir ki, bu barədə Britaniyanın “Mirror” qəzeti İtaliya mətbuatına istinadən bildirib.

Nəşrin yazdığına görə, cari mövsüm sadəcə 78 dəqiqə top qovmuş Kyeza artıq qış transfer pəncərəsində icarə əsasında “qırmızılar”ın düşərgəsini tərk edə bilər.

“Mirror” qeyd edib ki, İtaliyanın “İnter”, “Milan” və “Roma”sı 26 yaşlı hücumçunun xidmətində maraqlıdır.

Xatırladaq ki, avqustda “Liverpul” Federiko Kyezanı heyətinə qatmışdı. Müqavilənin təfərrüatları barədə ənənəvi olaraq məlumat verilməmişdi. 2022-ci ildən “Yuventus”da çıxış etmiş futbolçu bu müddət ərzində 51 matçda 7 dəfə fərqlənə bilmişdi. “Liverpul”da isə çıxdığı dəqiqələrdə bir məhsuldar ötürmə ilə yadda qalıb.


Вернуться назад