Главная > İdman > Maradonanın oğlu İspaniya klubuna rəhbərlik edəcək

Maradonanın oğlu İspaniya klubuna rəhbərlik edəcək


23-10-2024, 10:30. Разместил: azadses
Argentina millisinin əfsanəsi Dieqo Maradonanın oğlu Dieqo Sinaqra İspaniyanın "İbarra" futbol klubuna rəhbərlik edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.

Klubla Sinaqranın müqavilə şərtləri açıqlanmayıb.

"İbarra" İspaniya çempionatının üçüncü güclü divizionunda çıxış edir və yeddi turdan sonra 7 xalla 12-ci qrupda 14-cü yerdədir.

Qeyd edək ki, 38 yaşlı Sinaqra 2008-ci ildə İtaliya millisində çıxış etmiş çimərlik futbolu oyunçusudur. O, məşqçi kimi İtaliyanın "Pompyi" və "Montekalçio" futbol klublarına rəhbərlik edib.

Xatırladaq ki, Maradona 25 noyabr 2020-ci ildə 61 yaşında vəfat edib.

Dieqo Maradona
Futbol

Вернуться назад