Главная > İdman > “Liverpul”un qapıçısı komandanı tərk edib

“Liverpul”un qapıçısı komandanı tərk edib


8-07-2024, 15:32. Разместил: azadses
“Liverpul” qapıçı Adrianla yollarını ayırıb.

“Report” xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesabında bildirilib.

“Adrian “Liverpul”u tərk edir. “Enfild”də keçirdiyi 5 il ərzində o, klubun uğurlarına dəyərli töhfə verib. Həm komanda yoldaşları, həm də personal arasında önəmli biri olan Adrian bütün klubdan ən xoş arzularla “qırmızılar”ı tərk edir. Hər şey üçün təşəkkür edirik”, – məlumatda qeyd olunub.

Adrian ötən mövsüm klubda bir dənə də olsun matça çıxmayıb. Ümumilikdə, Andrian Mersisayd təmsilçisinin heyətində 26 oyun keçirib, bu oyunda 36 qol buraxıb və 7 dəfə qapısını toxunulmaz saxlayıb.


Вернуться назад