Главная > İdman > Azərbaycanda futbolçular oyunlardan əvvəl koronavirus testi verəcək

Azərbaycanda futbolçular oyunlardan əvvəl koronavirus testi verəcək


18-08-2020, 14:35. Разместил: azadses
Azərbaycan Premyer Liqasının matçlarından 60 saat əvvəl futbolçular, komanda üzvləri, həmçinin hakimlər koronavirus testindən keçəcəklər. 
"Report"un məlumatına görə, bu, Peşəkar Futbol Liqasının 2020/2021 mövsümünün Əsasnaməsinə Əlavəsində öz əksini tapıb. 
Həmin şəxslər PHŞ-da "COVID-19" (PZR) üsulu ilə testlər keçirilməlidir. 
Qeyd edək ki, Azərbaycan Premyer Liqası avqustun 21-də başlayacaq. 


Вернуться назад