Главная > İdman > “Sileks” Bakıya itkisiz gəlir

“Sileks” Bakıya itkisiz gəlir


17-08-2020, 09:55. Разместил: azadses
“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Şimali Makedoniyanın “Sileks” klubu Bakıya gəlir.
Oxu.Az xəbər verir ki, dünən koronavirus testinin nəticəsini açıqlayan Kratovo təmsilçisi bir qədər əvvəl Bakıya yola düşüb.
Heyət açıqlanmasa da, komandada problem olmadığı və çarter reyslə paytaxtımıza səfər edən kollektivdə heç bir itkinin olmadığı bildirilib.
Qeyd edək ki, bu gün “Sileks”in serbiyalı baş məşqçisi Qoran Simov saat 19:30-da Tofiq Bəhramov adına Respublika Stadionunda mətbuat konfransına çıxacaq. Bundan yarım saat sonra isə komanda məşqə çıxacaq.
Qeyd edək ki, “Qarabağ” – “Sileks” görüşü sabah saat 20:00-da start götürəcək.


Вернуться назад