Главная > İdman > “Qarabağ”ın rəqibi Portuqaliya Kubokunda mübarizəni dayandırıb

“Qarabağ”ın rəqibi Portuqaliya Kubokunda mübarizəni dayandırıb


11-01-2024, 11:12. Разместил: azadses
“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya Kubokunda mübarizəni dayandırıb.

“Report”un məlumatına görə, adıçəkilən komanda 1/8 finalda “Benfika”ya məğlub olub.

“Braqa” erkən qolla hesabı açsa da, sonda 2:3 hesabı ilə uduzub. Bu görüşdə 90 dəqiqə meydanda qalan “Braqa”nın yarımmüdafiəçisi Joao Moutinyo karyerasında 1000-ci rəsmi matçını keçirib.

Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə 22-də evdə keçirəcək.


Вернуться назад