Главная > İdman > "Qarabağ"ın rəqibinin iğtişaş törədən azarkeşləri sərbəst buraxılıblar

"Qarabağ"ın rəqibinin iğtişaş törədən azarkeşləri sərbəst buraxılıblar


9-01-2024, 13:55. Разместил: azadses
Yanvarın 6-da polis tərəfindən saxlanılan Portuqaliyanın "Braqa" klubunun azarkeşləri sərbəst buraxılıblar.

"Report" "Record" nəşrinə istinadən xəbər verir ki, 13 fanat "Vitoriya" ilə heç-heçə (1:1) etdikləri çempionatın XVI turunun matçından əvvəl rəqib tərəfdarlara hücumda şübhəli bilinmişdi.

Hadisə qarşılaşmanın startından 45 dəqiqə əvvəl baş verib. Hər iki komandanın azarkeşləri bir-birilərini təhqir ediblər. "Braqa" fanatları pirotexniki vasitələr, daşlar və butulkalar atıblar.

Qeyd edək ki, "Braqa" Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la üz-üzə gələcək. Matçlar fevralın 15-də və 22-də keçiriləcək.


Вернуться назад