Главная > İdman > “Kəpəz”in “Araz-Naxçıvan”la oyunu ləğv edilib

“Kəpəz”in “Araz-Naxçıvan”la oyunu ləğv edilib


1-01-2024, 13:47. Разместил: azadses
“Kəpəz”in “Araz-Naxçıvan”la yoxlama oyunu ləğv edilib.

“Report”un Gəncə klubunun mətbuat xidmətinə istinadən məlumatına görə, buna səbəb tərəflərin matçın məkanı ilə bağlı razılığa gələ bilməmələri olub.

Əvəzində baş məşqçi Adil Şükürov komandasını I Liqa təmsilçisi “İmişli” ilə qarşılaşmada sınaqdan keçirəcək. Həmin matç yanvarın 15-də Gəncədə baş tutacaq.

Qeyd edək ki, “Kəpəz” Premyer Liqada ilk yarıdan sonra 14 xalla 9-cu pillədə qərarlaşıb.


Вернуться назад