Главная > İdman > Azərbaycan çempionatı: “Zirə” ardıcıl üçüncü qələbəsini qazanıb

Azərbaycan çempionatı: “Zirə” ardıcıl üçüncü qələbəsini qazanıb


21-12-2023, 10:28. Разместил: azadses
Minifutbol üzrə Azərbaycan çempionatında III tura yekun vurulub.

“Report”un məlumatına görə, ikinci oyun günündə daha 4 görüş keçirilib.

Çempionluğa iddialı “Zirə” yoluna itkisiz davam edir. “Sumqayıt”ı üstələyən adı çəkilən komanda ardıcıl üçüncü qələbəsini qazanıb.

Azərbaycan millisinin sabiq futbolçularından təşkil olunan “İnter” isə “Odlar Yurdu”na məğlub olub.

Qeyd edək ki, turun bir gün əvvəl keçirilən oyunlarında “Dirçəliş” “Siyəzən”ə (7:2), “Birbaşa Bakı” “Dinamo Gəncə”yə (9:1) qalib gəliblər. “Real Bakı” – “Aznur” (2:2) və “Atəşgah Suraxanı” – “Abşeron” (3:3) görüşləri heç-heçə yekunlaşıb.

Azərbaycan çempionatı
III tur

“Baku Fire” – “Turan” 1:1
“Odlar Yurdu” – “İnter” 4:3
“Veteran” – “Qalaksi Bakı” 3:3
“Zirə” – “Sumqayıt” 5:1


Вернуться назад