Главная > İdman > Premyer Liqa: “Qarabağ” bu gün “Neftçi”ni qəbul edəcək

Premyer Liqa: “Qarabağ” bu gün “Neftçi”ni qəbul edəcək


18-12-2023, 13:00. Разместил: azadses
Bu gün Azərbaycan Premyer Liqasının 17-ci turuna yekun vurulacaq.

“Report” xəbər verir ki, turun mərkəzi qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Saat 20:00-da “Qarabağ” “Neftçi”ni qəbul edəcək.

Bu, iki komanda arasında ölkə çempionatları çərçivəsində 93-cü qarşılaşma olacaq. Əvvəlki 92 matçda “köhlən atlar” böyük üstünlüyə malikdir. 38 qələbəsi olan Ağdam təmsilçisi 31 dəfə heç-heçə edib. 23 görüşdən xalsız ayrılan “Qarabağ” top fərqində də öndədir – 118:83. Eyni zamanda, “Qarabağ” 9 oyundur əzəli rəqibinə uduzmur. Bununla belə, “Neftçi” bu mövsüm çempionatda ən az qol buraxan komandalardan biridir. “Ağ-qaralar”ın passivində cəmi 15 qol var ki, bu da ən yaxşı üçüncü göstəricidir.

“Qarabağ” 35 xalla turnir cədvəlində birincidir. “Neftçi” isə 25 xalla beşinci pillədə qərarlaşıb.


Вернуться назад