Главная > İdman > AFFA Hakimlər Komitəsinin sədri: "Bu təyinat UEFA-nın Əliyar Ağayevə verdiyi dəyəri göstərir"

AFFA Hakimlər Komitəsinin sədri: "Bu təyinat UEFA-nın Əliyar Ağayevə verdiyi dəyəri göstərir"


13-12-2023, 13:54. Разместил: azadses
"Bu təyinat bəzən ölkə daxilində haqsız tənqidlərə məruz qaldığını düşündüyüm Əliyar Ağayevə UEFA-nın verdiyi dəyəri göstərir".

Bunu "Report"a açıqlamasında AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək FIFA referisi Əliyar Ağayevin Serbiyada yerli “Srvena Svezda” və “Mançester Siti” (İngiltərə) komandaları arasında keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin VI turunun oyununa təyinat alması ilə bağlı danışarkən deyib.

Milli assosiasiya rəsmisi Ağayevin Azərbaycanın bir nömrəli hakimi olduğunu söyləyib: "O, ötən il qitənin bir nömrəli klub turnirində debütündən sonra bu mövsüm təyinat aldığı oyunlarda göstərdiyi uğurlu performansların nəticəsi olaraq yenidən UEFA Çempionlar Liqası matçına təyinatla mükafatlandırılıb. Əliyar Ağayev həm hazırkı hakimlərimizə, həm də gələcəkdə futbol hakimi olmaq istəyən gənclərimizə uzun illər örnək olacaq. Uğurlarının davamlı olmağını arzu edirəm".

Qeyd edək ki, bu gün reallaşacaq "Srvena Svezda" - "Mançester Siti" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


Вернуться назад