Главная > İdman > Klopp Salahın Səudiyyəyə getmək niyyəti olmadığını bildirib

Klopp Salahın Səudiyyəyə getmək niyyəti olmadığını bildirib


4-11-2023, 11:17. Разместил: azadses
“Liverpul”un baş məşqçisi Yurgen Klopp Məhəmməd Salahın Səudiyyə Ərəbistanı çempionatına mümkün transferi ilə bağlı şayiələrə münasibət bildirib.

“Report” xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkədə yazıb.

“Heç vaxt yanıma gəlib ayrılmaq istədiyini deməyib. Bu barədə bir saniyə belə düşünməmişəm”, – Klopp deyib.

“Qırmızılar”ın çalışdıranı Salaha edilən təkliflə bağlı heç nə bilmədiyini vurğulayıb: “Amma fərqi yoxdur, Mo bizimlədir”.

Xatırladaq ki, avqustda Məhəmməd Salahın Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçidinə dair şayiələr yayılmışdı.

Qeyd edək ki, “Liverpul” və Misir yığmasının cinah hücumçusu Məhəmməd Salah “Qızıl top” üçün səsvermədə 11-ci olub. Ötən mövsüm futbolçu bütün yarışlarda 51 oyun keçirib, 30 qol vurub və 16 məhsuldar ötürmə verib.


Вернуться назад