Главная > İdman > Nəriman Abbasov: “Möhtəşəm döyüş və gözəl qələbə olacaq”

Nəriman Abbasov: “Möhtəşəm döyüş və gözəl qələbə olacaq”


2-11-2023, 20:22. Разместил: azadses
“Noyabrın 4-də möhtəşəm döyüş və gözəl qələbə olacaq”.

“Report”un məlumatına görə, bunu Azərbaycanın MMA idmançısı Nəriman Abbasov “Rizin” Döyüş Federasiyasının Bakıda təşkil edəcəyi “Landmark 7” turniri ərəfəsində mətbuat konfransında deyib.

29 yaşlı döyüşçü rusiyalı Ali Abdulxalilovla keçirəcəyi görüşə hazır olduğunu bildirib: “Bu, böyük turnirdir. Təkcə mən yox, Azərbaycanın bütün idmançıları yarışa hazırdırlar. Hazırlıqlar sona çatıb. Çəkimizi salıb, yaxşı döyüş keçirmək istəyirik”.

WMMAF versiyasında MMA üzrə ikiqat dünya çempionu olan N.Abbasov rusiyalı Ali Abdulxalilovla döyüşdə yalnız qələbə barədə düşündüyünü söyləyib: “Rəqibim yaxşı idmançıdır, ayaq üstə döyüşməyi xoşlayır. Onunla maraqlı döyüşümüz olacaq. Mənim də ayaq üstə döyüşməkdən xoşum gəlir. Ümumiyyətlə, asan döyüş yoxdur. Hər an hər şey baş verə bilər. Sürətli döyüş olacaq. Yalnız qələbə qazanmaq barədə düşünürəm. Özümü favorit sayıram. Rəqibə hərtərəfli çətin olacaq”.

O, MMA-ya Azərbaycanda böyük maraq olduğunu vurğulayıb: “Yarış günü Azərbaycanda abu-hava Yaponiyadakından heç də geri qalmayacaq. Burada da gözəl azarkeşlər var”.

N.Abbasov başqa təkliflərin olduğunu da əlavə edib: “Maraqlı təklif olsa, başqa versiyalarda da vuruşaram. UFC-yə qayıtmaq şansım var. Sadəcə, elə-belə yox, çempion kimi qayıtmaq istəyirəm. UFC-də vuruşmaq üçün ABŞ-də yaşamalısan. Orda olduğum müddətdə uyğunlaşmaqda çətinlik çəkdim”.

Qeyd edək ki, Nəriman Abbasovla Ali Abdulxalilov arasında döyüş noyabrın 4-də Milli Gimnastika Arenasında keçiriləcək.


Вернуться назад