Главная > İdman > "Kəpəz" klubunun rəsmisi: "İlk növbədə Tovuz şəhər stadionunu nəzərdən keçiririk"

"Kəpəz" klubunun rəsmisi: "İlk növbədə Tovuz şəhər stadionunu nəzərdən keçiririk"


11-10-2023, 18:40. Разместил: azadses
"İlk növbədə Tovuz şəhər stadionunu nəzərdən keçiririk".

Bunu "Report"a açıqlamasında "Kəpəz" klubunun mətbuat xidmətinin rəhbəri Azad Mustayev Gəncə şəhər stadionunun təmirə bağlanmasından sonra ev oyunlarını hansı arenada keçirəcəkləri ilə bağlı suala cavab verərkən deyib.

O, "Turan Tovuz" rəhbərliyinin də bu yöndə onlara dəstək olduğunu xatırladıb: "Bu məsələ ilə bağlı konkret fikir yoxdur. Əvvəlki vaxtda deyilmişdi ki, stadionun sökülməsi ilə bağlı müəyyən təhlükəsizlik tədbirlərini yerinə yetirməklə komanda bir müddət evdə oynaya bilər. Bu məsələlərə isə tam aydınlıq gəlməyib. Ev matçlarımızla bağlı variantlarımız var".

Mustafayev idman obyektində söküntü işlərinə yaxın vaxtlarda başlanacağını diqqətə çatdırıb.

Peşəkar Futbol Liqasının (PFL) media və marketinq direktoru Sənan Abdullayev isə quruma Gəncə təmsilçisindən rəsmi müraciətin daxil olmadığını söyləyib: “Kəpəz”dən PFL-ə rəsmi müraciət daxil olarsa, bir sıra nüanslar nəzərə alınacaq. Məsələn, klub oyunlarını Tovuz şəhər stadionunda keçirəcəyi təqdirdə “Turan Tovuz”la ev matçlarının üst-üstə düşməməsi, bundan əlavə, klubların heç birinin ardıcıl 2 dəfədən artıq öz meydanında və ya səfərdə oynamaması, əvəzəedici komandaların görüşlərinin tarixləri və başlama saatları kimi məsələləri qeyd edə bilərik".


Вернуться назад