Главная > İdman > “Neftçi”nin legioneri: “Azarkeşlərlə birlikdə daha güclü oluruq”

“Neftçi”nin legioneri: “Azarkeşlərlə birlikdə daha güclü oluruq”


7-10-2023, 08:47. Разместил: azadses
“Azarkeşlərlə birlikdə daha güclü oluruq”.

“Report” xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Yuri Matias klubun televiziyasına açıqlamasında deyib.

Braziliyalı müdafiəçi Premyer Liqanın IX turunda üz-üzə gələcəkləri “Qarabağ”la matça hazırlığın yüksək səviyyədə keçdiyini söyləyib: “Oyundan-oyuna komandada inkişaf göz önündədir. Düşünürəm ki, “Qarabağ”la görüşə kimi tam hazır olacağıq. Həftəboyu üzərimizdə çalışırıq ki, oyun günü yaxşı vəziyyətdə olaq. Azarkeşlərimizin “Qarabağ”la matçda bizi dəstəkləmələrini istəyirəm”.

28 yaşlı oyunçu əzəli rəqiblə qarşılaşmaya özünü hazır sayır: “Ümid edirəm ki, mən də meydanda olacağam, komandama kömək edə biləcəyəm. Amma buna baş məşqçi qərar verir. Təəssüf ki, ötən turda iştirak edə bilmədim. Buna baxmayaraq, komanda yoldaşlarım uğurlu çıxış edərək, “Turan Tovuz” üzərində səfər qələbəsi qazandılar”.

Qeyd edək ki, oktyabrın 8-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 19:30-da başlayacaq.


Вернуться назад