Главная > İdman > Azərbaycan və Norveç klublarının avrokuboklardakı 6-cı oyunu - STATİSTİKA

Azərbaycan və Norveç klublarının avrokuboklardakı 6-cı oyunu - STATİSTİKA


21-09-2023, 14:32. Разместил: azadses
"Qarabağ" və "Molde" arasında oynanılacaq UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun oyunu Azərbaycan və Norveç təmsilçilərinin avrokuboklarda 6-cı matçı olacaq.

"Report" xəbər verir ki, ölkə klubları indiyədək yalnız təsnifat mərhələlərində 3 dəfə rəqib olublar.

Bunların 2-də skandinaviyalılar, 1-də isə Azərbaycan komandası mərhələ adlayıb.

İlk duel 2009-cu ildə gerçəkləşib. Avropa Liqasının II təsnifat mərhələsinin ilk qarşılaşmasında səfərdə “Rusenborq”la qolsuz heç-heçə edən "köhlən atlar" Bakıda rəqibini minimal hesabla üstələyib - 1:0.

"İnter" (hazırkı "Şamaxı") komandası 2013/2014 mövsümündə bu ölkənin "Tromse" klubu ilə görüşüb. Avropa Liqasının II təsnifat mərhələsinin ilk matçında uduzan (0:2) Azərbaycan təmsilçisi Bakıda 1:0 hesablı qələbə qazansa da, mübarizəni dayandırıb.

"Qarabağ" üç il əvvəl də "Molde" ilə qarşılaşıb. Ağdamlılar UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində rəqibinə 0:0 hesabı ilə bitən görüşün penaltilər seriyasında yenilib - 5:6. Cütün taleyi koronavirus pandemiyası səbəbindən bir oyunda müəyyənləşib və qarşılaşma UEFA-nın qərarına əsasən Kiprdə təşkil olunub.

Bundan əlavə, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi də "Tromse" ilə üz-üzə gəlib. Yığma 2019-cu ildə Türkiyədəki yoxlama matçında "sülh"ə razılaşıb - 2:2.

Qeyd edək ki, "Qarabağ" - "Molde" oyunu bu gün, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.


Вернуться назад