Главная > İdman > "Qarabağ"ın rəqibi daha bir futbolçu transfer edib

"Qarabağ"ın rəqibi daha bir futbolçu transfer edib


31-08-2023, 15:22. Разместил: azadses
"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində rəqibi olan Sloveniyanın "Olimpiya" klubu növbəti futbolçu transferini açıqlayıb.

"Report" Lyublyana təmsilçisinin rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, ölkə çempionu yerli "Alyuminiy"dən Marko Bresti heyətinə qatıb.

Onun müqaviləsinin müddəti 2026-cı ilədək nəzərdə tutulub. "Olimpiya" ötən gün Redi Kasanı transfer edib.

Qeyd edək ki, "Qarabağ" səfərdə gerçəkləşən ilk matçda rəqibini iki cavabsız qolla üstələyib. Cavab görüşü bu gün saat 20:00-da başlayacaq.


Вернуться назад