Главная > İdman > UEFA Avropa Liqası: "Qarabağ" bu gün "Olimpiya"nı qəbul edəcək

UEFA Avropa Liqası: "Qarabağ" bu gün "Olimpiya"nı qəbul edəcək


31-08-2023, 08:51. Разместил: azadses
"Qarabağ" bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda pley-off mərhələsinin cavab matçında Sloveniya "Olimpiya"sını qəbul edəcək.

Matçı ispaniyalı FIFA referisi Alexandro Ernandes idarə edəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da başlayacaq.

Səfərdəki ilk görüşdə Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

UEFA Avropa Liqası

20:00. "Qarabağ" - "Olimpiya" (Sloveniya) (ilk oyun 2:0)

Baş hakim: Alexandro Ernandes (İspaniya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Вернуться назад