Главная > İdman > "Yuventus" UEFA-nın qərarına etiraz etməyəcək

"Yuventus" UEFA-nın qərarına etiraz etməyəcək


29-07-2023, 21:55. Разместил: azadses
Bu mövsüm avrokuboklardan kənarlaşdırılan İtaliya "Yuventus"u UEFA-nın qərarına etiraz etməyəcək.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, cəzaya baxmayaraq, Turin təmsilçisi İdman Arbitraj Məhkəməsinə müraciət ünvanlamayacaq.

"Yeni mövsümdə idman məhkəmələrində yox, meydanlarda mübarizə aparacağıq. İndi diqqəti A Seriyasına və İtaliya Kubokuna yönəltməyin vaxtıdır. Bu iki yarışda azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik", - klubun yaydığı açıqlamada bildirilib.

Qeyd edək ki, "Yuventus" maliyyə feyr-pley qaydalarını pozduğu üçün 2023/2024 mövsümündə UEFA Konfrans Liqasında iştirak hüququndan məhrum edilib.


Вернуться назад