Главная > İdman > "Milan" ABŞ millisinin futbolçusu ilə anlaşıb

"Milan" ABŞ millisinin futbolçusu ilə anlaşıb


17-07-2023, 18:32. Разместил: azadses
İtaliyanın "Milan" klubu heyətini yeni futbol ilə gücləndirməyə yaxındır.

"Report" "Football Espana" nəşrinə istinadən xəbər verir ki, A Seriyası təmsilçisi İspaniya "Valensiya"sında çıxış edən Yunus Musa ilə şəxsi razılıq əldə edib.

Milan təmsilçisi ABŞ millisinin də formasını geyinən 20 yaşlı yarımmüdafiəçi üçün təxminən 18 milyon avro ödəyəcək.

Qeyd edək ki, Yunus Musa 2020-ci ildən "yarasalar"ın əsas komandasında çıxış edir.


Вернуться назад