Главная > İdman > İspaniyalı veteran futbolçu tarixə düşüb

İspaniyalı veteran futbolçu tarixə düşüb


19-06-2023, 20:34. Разместил: azadses
İspaniya millisinin futbolçusu Xesus Navas tarixə düşüb.

"Report"un məlumatına görə, vinger buna Millətlər Liqasının finalında Xorvatiyaya qalib gəldikləri matçda nail olub.

Navas dünya və Avropa çempionatlarında, həmçinin, UEFA Millətlər Liqasında qızıl medal qazanan ilk oyunçudur.

O, həm də İspaniya yığmasının tarixində ən yaşlı futbolçu (37 yaş 209) adına sahib çıxıb. Navas 1972-ci ildə Yunanıstana qarşı yoldaşlıq görüşündə 36 yaş 346 günündə meydana çıxmış Luis Suares Miramontesi qabaqlayıb.

Xorvatiya ilə matç onun komanda yoldaşı Qavi üçün də əlamətdar olub. Yarımmüdafiəçi millidə titul qazanan ən gənc (18 yaş 317 gün) oyunçudur.
Вернуться назад