Главная > İdman > Azərbaycan Premyer Liqasında ən çox dəqiq ötürmə verən komandalar açıqlanıb

Azərbaycan Premyer Liqasında ən çox dəqiq ötürmə verən komandalar açıqlanıb


15-06-2023, 22:00. Разместил: azadses
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümündə ən çox dəqiq ötürmə verən komandalar bəlli olub.

"Report" Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin rəsmi saytına istinadən xəbər verir ki, siyahıya ölkə çempionu "Qarabağ" başçılıq edir.

Ağdam təmsilçisində futbolçuların ötürmələrinin 86,2 faizi dəqiq alınıb. "Zirə" (84 faiz) bu göstəriciyə görə ikinci, "Neftçi" (83,5 faiz) isə üçüncü pillədə qərarlaşıb.

Növbəti sıralarda "Sabah" (83,3 faiz), "Kəpəz" (82,4 faiz), "Sumqayıt" (82,2 faiz), "Qəbələ" (81,6), "Səbail" (79,4), "Şamaxı" (78,8) və "Turan Tovuz" (77 faiz) yer alıb.


Вернуться назад