Главная > İdman > Azərbaycan Premyer Liqasında yeni mövsümün başlayacağı tarix açıqlanıb

Azərbaycan Premyer Liqasında yeni mövsümün başlayacağı tarix açıqlanıb


8-06-2023, 14:45. Разместил: azadses
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün start tarixi müəyyənləşib.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yeni mövsüm avqustun 4-də başlanacaq.

Premyer Liqadan bir gün sonra isə İcraiyyə Komitəsinin qərarı ilə bərpa edilmiş əvəzedicilərin yarışına start veriləcək.

Turnirin püşkatması və digər detallar daha sonra açıqlanacaq.


Вернуться назад