Главная > İdman > “Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi


9-08-2020, 13:22. Разместил: azadses
Çempionlar Liqasının 2020/2021 mövsümünün I təsnifat mərhələsinin püşkatması atılıb. 
Oxu.Az xəbər verir ki, Azərbaycanı ÇL-də təmsil edən “Qarabağ”ın rəqibi müəyyənləşib. 
Birinci təsnifat mərhələsində Ağdam klubu  Şimali Makedoniya təmsilçisi “Sileks” ilə qarşılaşacaq. Bu matç Bakıda baş tutacaq. 
Qeyd edək ki, bir oyundan ibarət olacaq I təsnifat mərhələsinin görüşləri avqustun 18-19-da keçiriləcək.

Вернуться назад