Главная > İdman > Qadın voleybolçulardan ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinə yeni baş məşqçi təyin olunub


15-05-2023, 19:01. Разместил: azadses
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi bəlli olub.

Azərbaycan Voleybol Federasiyasından "Report"a verilən məlumata görə, yığma türkiyəli mütəxəssis Ataman Güneyligilə tapşırılıb.

Bununla əlaqədar mayın 16-da saat 12:00-da Voleybol Mərkəzində Ataman Güneyligilin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Ataman Güneyligil 2015-2023-cü illərdə Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi olub. 41 yaşlı mütəxəssis ölkəsində U-20 və U-23 yığmalarına da rəhbərlik edib.


Вернуться назад