Главная > İdman > Azərbaycan Premyer Liqasında XXXII tura start verilir

Azərbaycan Premyer Liqasında XXXII tura start verilir


29-04-2023, 10:09. Разместил: azadses
Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün ilk matçında "Kəpəz" Qəbələdə "Sumqayıt"ı qəbul edəcək. Hazırda Gəncə klubu 29 xalla 7-ci pillədə qərarlaşıb. 25 xalı olan "gənclik şəhəri" təmsilçisi isə 8-cidir.

İki komanda indiyədək ölkə çempionatında 23 dəfə üz-üzə gəlib. Bunların 6-sı "Kəpəz"in, 9-u "Sumqayıt"ın xeyrinə başa çatıb. Topların nisbətində də sumqayıtlılar üstündür - 30:24.

Samir Abasovun baş məşqçi olduğu komanda son iki matçda qol vurub. Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv isə son üç ev qarşılaşmasında qalib gəlməyib.

Günün digər oyununda isə 71 xalla ikinci yerdə gedən "Sabah" doğma meydanda 23 xalla 9-cu sırada yer alan "Şamaxı" ilə qarşılaşacaq.

Komandalar arasında bunadək baş tutan 17 görüşdən 5-i paytaxt klubunun, 6-sı isə bölgə təmsilçisinin xeyrinə başa çatıb. 6 oyunda qalib müəyyənləşməyib. Bu matçlarda Murad Musayevin komandası 17, Vüqar Əsgərlinin kollektivi isə 19 qol vurub.

"Şamaxı" bütün səfər oyunlarında fərqlənib. "Sabah" 6 matçdır meydanı qolsuz tərk etmir.

Azərbaycan Premyer Liqası
XXXII tur
29 aprel (şənbə)

16:00. "Kəpəz" - "Sumqayıt"
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Nicat İsmayıllı
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu.

18:30. "Sabah" - "Şamaxı"
Hakimlər: Fərid Hacıyev, Cəmil Quliyev, Teymur Teymurov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
"Bank Respublika Arena".

Qeyd edək ki, turun "Zirə" - "Turan Tovuz" və "Qəbələ" - "Səbail" oyunları mayın 1-də, "Neftçi" - "Qarabağ" görüşü isə mayın 2-də keçiriləcək.


Вернуться назад