Главная > İdman > Həftəsonu Avropa futbolunun ən maraqlı qarşılaşmaları - AFİŞA

Həftəsonu Avropa futbolunun ən maraqlı qarşılaşmaları - AFİŞA


22-04-2023, 20:43. Разместил: azadses
Həftəsonu Avropanın yaşıl meydanlarında bir sıra maraqlı futbol qarşılaşmaları keçiriləcək.

Oxu.Az xəbər verir ki, İngiltərə Premyer Liqasının XXXII turunda “Liverpul” “Nottinqem”i sınağa çəkəcək. Bu gün keçiriləcək matç saat 18:00-da (bütün saatlar Bakı vaxtı ilə qeyd olunur - red.) start götürəcək. Çempionlar Liqasına vəsiqə uğrunda yarışan “Nyukasl” və “Tottenhem” birincilərin meydanında münasibətlərinə aydınlıq gətirəcəklər. Görüş sabah keçiriləcək və 17:00-da başlayacaq.

Turun “Mançester Yunayted” - “Çelsi” və “Brayton” - “Mançester Siti” matçları Federasiya Kuboku oyunlarına görə təxirə salınıb.

Almaniya Bundesliqasında turun əsas oyunları bu gün keçiriləcək. Lider “Bavariya” saat 17:30-da “Maynts”ın qonağı olacaq, ikinci yerdə qərarlaşan “Borussiya” (Dortmund) saat 20:30-da “Ayntraxt”ı qəbul edəcək.

İspaniya La Liqasında lider “Barselona”dan geri düşən Madrid “Real”ı öz meydanında “Selta”nı sınağa çəkəcək. Bu gün təşkil olunacaq matç saat 23:00-da başlayacaq. Kataloniya klubu isə sabah meydana çıxacaq. “Barsa” turun mərkəzi oyununda digər Madrid nəhəngi “Atletiko”nu qəbul edəcək. Oyunun start fiti saat 18:05-də səslənəcək.

Fransa Liqa 1-də 2-ci pillənin sahibi “Marsel” “Lion” səfərinə yollanacaq. Qarşılaşma sabah saat 22:45-də başlayacaq.

İtaliya A Seriyasında turun əsas matçları bazar günü təşkil olunacaq. Saat 14:30-da “İnter” “Empoli”nin qonağı olacaq. Saat 20:00-da “Milan” öz meydanında “Leççe”nin müqavimətini qırmağa çalışacaq. Turun mərkəzi oyunu silinmiş 15 xalı geri qaytarılan və 3-cü pilləyə yüksələn “Yuventus”la lider “Napoli” arasında Turində olacaq. Qarşılaşma saat 22:45-də start götürəcək.

Türkiyə Super Liqasında lider “Qalatasaray” öz meydanında “Karagümrük”ü sınağa çəkəcək. Sabah keçiriləcək oyun 20:00-da başlayacaq.

Həftəsonunun ən maraqlı oyunları

22 aprel

İngiltərə Premyer Liqası

18:00. “Liverpul” - “Nottinqem”

Almaniya Bundesliqası

17:30. “Maynts” - “Bavariya”

20:30. “Borussiya” (Dortmund) - “Ayntraxt”

İspaniya La Liqası
23:00. “Real” (Madrid) - “Selta”

23 aprel

Premyer Liqa

17:00. “Nyukasl” - “Tottenhem”

Fransa Liqa 1

22:45. “Lion” - “Marsel”

İtaliya A Seriyası

14:30. “Empoli” - “İnter”

20:00. “Milan” - “Leççe”

22:45. “Yuventus” - “Napoli”

La Liqa

18:15. “Barselona” - “Atletiko”

Türkiyə Super Liqası

20:00. “Qalatasaray” - “Karagümrük”

Faiq Tahirov


Вернуться назад