Главная > İdman > Çempionlar Liqası: Milanda İtaliya dueli, "Real Madrid" "Çelsi"ni qəbul edir
Çempionlar Liqası: Milanda İtaliya dueli, "Real Madrid" "Çelsi"ni qəbul edir12-04-2023, 13:53. Разместил: azadses |
Bu gün UEFA Çempionlar Liqasında 1/4 finalın ilk matçlarına yekun vurulacaq. "Report"un məlumatına görə, son oyun günündə keçiriləcək hər iki qarşılaşma eyni saatda başlayacaq. Turnirin son qalibi olan "Real Madrid" İspaniyada "Çelsi"ni qəbul edəcək. Görüşün baş hakimi fransalı Fransua Leteksye olacaq. Digər oyun isə İtaliyada "Milan" və "Napoli" arasında baş tutacaq. Qarşılaşmanı ruminayı FIFA referisi İştvan Kovaç idarə edəcək. Çempionlar Liqası 1/4 final, ilk oyunlar 12 aprel 23:00. "Real Madrid" (İspaniya) - "Çelsi" (İngiltərə) Baş hakim: Fransua Leteksye (Fransa) Madrid, "Santyaqo Bernabeu" stadionu 23:00. "Milan" (İtaliya) - "Napoli" (İtaliya) Baş hakim: İştvan Kovaç (Rumıniya) Milan, "San Siro" stadionu Qeyd edək ki, 1/4 finalın ilk oyunlarında "Mançester Siti" İngiltərədə Almaniya "Bavariya"sına 3:0, İtaliya "İnter"i isə Portuqaliyada "Benfika"ya 2:0 hesabı ilə qalib gəlib. Вернуться назад |