Главная > İdman > Türkiyə çempionunun baş məşqçisi istefa verdi

Türkiyə çempionunun baş məşqçisi istefa verdi


7-03-2023, 18:00. Разместил: admin
Türkiyə çempionunun baş məşqçisi istefa verdi

Türkiyənin “Trabzonspor” klubunun baş məşqçisi Abdullah Avcı istefa verib.

Mütəxəssis ərizəsini klub rəhbərliyinə təqdim edib. Yaxın zamanda son qərarın veriləcəyi və rəsmi açıqlamanın ediləcəyi gözlənilir.

2020-ci ilin noyabrından “Trabzonspor”u çalışdıran 59 yaşlı mütəxəssis komandanı 116 oyuna çıxarıb. O, keçən mövsüm Qara dəniz təmsilçisini Türkiyə çempionu edib.

Xatırladaq ki, bir neçə gün öncə “Trabzonspor”un prezidenti Ahmet Ağaoğlu da postundan istefa vermişdi.
Вернуться назад