Главная > İdman > Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək


17-02-2023, 08:33. Разместил: admin
Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək.

Oxu.Az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

14 xalla sonuncu pillədə qərarlaşan “Kəpəz” 16 xalla 8-ci sırada yer alan “Şamaxı”nı qəbul edəcək.

Komandalar indiyədək ölkə çempionatında 32 dəfə üz-üzə gəliblər. Bunların 7-də Gəncə təmsilçisi, 17-də Şamaxı klubu qələbə qazanıb. 8 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də “sarı-göylər” rəqibindən geri qalır - 31:54.

Son üç qarşılaşmada hər iki komanda qol vurub. “Kəpəz” üç oyundur uduzmur.

Azərbaycan Premyer Liqası

XXIII tur

17 fevral (cümə)

14:00. “Kəpəz” - “Şamaxı”
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Teymur Teymurov, İnqilab Məmmədov

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Gəncə şəhər stadionu.

Qeyd edək ki, turun “Qəbələ” - “Sumqayıt” və “Neftçi” - “Səbail” matçları fevralın 18-də, “Zirə” - “Qarabağ” və “Sabah” - “Turan Tovuz” görüşləri isə fevralın 19-da keçiriləcək.
Вернуться назад