Главная > İdman > Millimizin futbolçusu ABŞ-da həftənin komandasına düşdü

Millimizin futbolçusu ABŞ-da həftənin komandasına düşdü


5-08-2020, 08:34. Разместил: azadses
Azərbaycan millisinin və ABŞ-ın "Finiks Rayzinq" klubunun futbolçusu Rüfət Dadaşov USL çempionatında həftənin rəmzi yığmasına düşüb.
"Report"un məlumatına görə,  VI turun "El Paso" ilə oyununda (3:1) 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan 28 yaşlı forvard ən yaxşı "11-lik"də yer alıb.
Dadaşovla yanaşı, komanda yoldaşı qapıçı Erik Dik də fərqləndirilib.
Qeyd edək ki, Rüfət Dadaşov cari mövsüm vurduğu 4 qolla bombardirlərin siyahısında 2-ci pillədədir.

Вернуться назад