Главная > İdman > Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək


24-12-2022, 09:37. Разместил: admin
Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha iki oyunu keçiriləcək.

Oxu.Az-ın məlumatına görə, qarşılaşmalardan biri bölgədə, digəri isə paytaxtda baş tutacaq.

Günün ilk görüşündə “Qəbələ” evdə “Turan Tovuz”u sınağa çəkəcək. Hazırda “qırmızı-qaralar” 24 xalla 5-ci, Tovuz təmsilçisi isə 16 xalla 6-cı pillədə qərarlaşıb.

“Qəbələ” indiyədək ölkə çempionatında “Turan Tovuz”la cəmi bir dəfə üz-üzə gəlib. Həmin qarşılaşma Elmar Baxşıyevin baş məşqçisi olduğu komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Günün digər oyununda isə 47 xalla lider olan “Qarabağ” 10 xalla sonuncu sırada yer alan “Səbail”in qonağı olacaq.

İki komanda bunadək Premyer Liqada 20 dəfə qarşılaşıb. Bunların 16-da Ağdam klubu, ikisində isə Bakı təmsilçisi sevinib. Topların nisbətində də “köhlən atlar”ın aşkar üstünlüyü var - 41:8.

“Qarabağ” son üç oyunda qələbə qazanıb. Son beş matçda üç və ya daha çox qol qeydə alınıb.
Вернуться назад