Главная > İdman > DÇ-2022: Fransa millisi finalda Argentinaya rəqib oldu

DÇ-2022: Fransa millisi finalda Argentinaya rəqib oldu


15-12-2022, 09:19. Разместил: admin
Qətərdə keçirilən dünya çempionatında sonuncu finalçının adına aydınlıq gəlib.

Yarımfinalda Mərakeş yığmasını 2:0 hesabı ilə məğlub edən Fransa millisi həlledici qarşılaşmada Argentinaya rəqib olub.

Matçda hesab erkən qolla açılıb. 5-ci dəqiqədə Teo Ernandes komandasını önə keçirib. 79-cu dəqiqədə isə Randal Kolo Muani ikinci topu afrikalıların qapısından keçirməklə son nöqtəni qoyub.

Beləliklə, dekabrın 18-də oynanılacaq final görüşündə Argentina və Fransa kollektivləri üz-üzə gələcəklər. Bir gün öncə isə Mərakeş və Xorvatiya seçmələri 3-cü yer uğrunda oyunda qarşılaşacaqlar.

Qeyd edək ki, Fransa yığması ardıcıl ikinci dünya çempionatında finala vəsiqə qazanıb. "Xoruzlar" 2018-ci ildə Rusiyada təşkil olunmuş mundialda da eyni uğura imza atıblar. Həmin vaxt finalda Xorvatiyaya qalib gələn fransızlar dünya çempionu olublar.

00:39

Qətərdə keçirilən dünya çempionatında Fransa və Mərakeş yığmaları arasında yarımfinal oyununda hesab dəyişib.

Avropa təmsilçisi 80-ci dəqiqədə 2-ci topu rəqibin qapısından keçirib. "Xoruzlar"ın heyətində Randal Kolo Muani fərqlənib.
Вернуться назад