Главная > İdman > Dünya kuboku təxirə salındı

Dünya kuboku təxirə salındı


12-11-2022, 11:43. Разместил: admin
2024-cü ilin fevralında keçirilməsi planlaşdırılan hokkey üzrə dünya kuboku təxirə salınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Milli Hokkey Liqasının (MHL) rəsmi saytında yerləşdirilib.

Məlumatda qeyd olunub ki, indiki şərtlərdə dünya kubokunu təyin olunan vaxtda keçirmək mümkün deyil: “Biz növbəti dünya kubokunu planlaşdırmağa davam edəcəyik. Ümid edirik ki, o 2025-ci ilin fevralında baş tutacaq”.

Qeyd edək ki, 2024-cü ildə baş tutmalı olan dünya kubokunun ev sahibi Çexiya idi.

Xatırladaq ki, 2023-cü ildə hokkey üzrə dünya kuboku Rusiyanın Sankt-Peterburq şəhərində keçirilməli idi. Lakin Ukrayna ilə müharibə başlayandan sonra Rusiyadan bu hüququ alındı.
Вернуться назад