Главная > İdman / Manset > Azərbaycanın 13 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə mübarizəyə başlayır

Azərbaycanın 13 cüdoçusu Bakıdakı Böyük Dəbilqədə mübarizəyə başlayır


4-11-2022, 13:00. Разместил: admin
Bu gün Bakıda cüdo üzrə Böyük Dəbilqə turnirinə start veriləcək.

Oxu.Az-ın məlumatına görə, Heydər Əliyev adına İdman Arenasında keçiriləcək yarışın ilk günündə Azərbaycanın ümumilikdə 13 idmançısı qüvvəsini sınayacaq.

Kişilər arasında 60 və 66 kq, qadınlar arasında isə 48, 52 və 57 kq çəki dərəcələrində mübarizə baş tutacaq.

Böyük Dəbilqə

Kişilər
60 kq

Kəramət Hüseynov - Vijay Yadav (Hindistan)
Balabəy Ağayev - Şerzod Davlatov (Qazaxıstan) / Maksimilian Heyder (Almaniya) cütünün qalibi
Turan Bayramov - İvan Salas (Venesuela) / Muslimbek Kerimov (Tacikistan) cütünün qalibi
Rövşən Əliyev - Rodriqo Lopes (Portuqaliya)

66 kq

Orxan Səfərov - Munis Havsavi (Səudiyyə Ərəbistanı)
Yaşar Nəcəfov - Xuan Ernandes (Kolumbiya)
İsmayıl İbrahimov - Strahinja Bunçiç (Serbiya)
Kamran Süleymanov - Ayyub Elidrissi (Qətər)

Qadınlar
48 kq

Leyla Əliyeva - Edna Karillo (Meksika)
Aişə Qurbanlı - Qaliya Tınbayeva (Qazaxıstan)
Ramilə Əliyeva - Marusa Stanqar (Sloveniya)

52 kq

Gültac Məmmədəliyeva - Binta Ndiaye (İsveçrə)
Aydan Vəliyeva - Faiola Diaz (Venesuela)
Qeyd edək ki, üç gün davam edəcək Böyük Dəbilqə turnirində 64 ölkədən 406 idmançı mübarizə aparacaq.
Вернуться назад